Cəbrayıl Həsənov: Hakimlər haqsızlıq etdilər

Cəbrayıl Həsənov: Hakimlər haqsızlıq etdilər

Rusiya idmançısı ilə güləş zamanı hakimlər haqsızlıq etdilər. Rəqibim döyüş zamanı üç-dörd dəqiqə istirahət etdi və özünə gəldi.

Oxu.Az xəbər verir ki, bunu Rio-2016-da bürünc medal qazanmış Azərbaycan güləşçisi Cəbrayıl Həsənov Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlamasında deyib.

Rusiya idmançısı ilə mübarizədən sonra ruhdan düşsəm də, məşqçilər məni yarımfinala köklədilər və şükür Allaha mən üçüncü yeri əldən vermədim, deyə Cəbrayıl Həsənov bildirib.

0
15