Rio-2016: Üseyn Bolt doqquz qat Olimpiya çempionu oldu

Rio-2016: Üseyn Bolt doqquz qat Olimpiya çempionu oldu

Əfsanəvi yamaykalı sprinter Üseyn Bolt karyerasında  Olimpiya Oyunlarının doqquzuncu qızıl medalını qazanıb.

APA-nın məlumatına görə, Bolt Yamayka yığmasının heyətində 4x100 metr məsafəyə estafet qaçışı yarışlarında Olimpiya çempionu olub.

Yarışlarda Yamayka yığması (Üseyn Bolt, Asafa Pauel, Nikel Aşmid və Yoxan Bleyk) 37,27 saniyə nəticə ilə 1-ci, Yaponiya 2-ci (37,60), ABŞ isə 3-cü yer tutub (37,62)

Qeyd edək ki, Üseyn Bolt Rio-2016-da bundan əvvəl 100 və 200 metr məsafəyə qaçışda da qızıl medala layiq görülüb.

0
19