Rio-2016: Taekvondoçumuz yarımfinala vəsiqə qazandı

Rio-2016: Taekvondoçumuz yarımfinala vəsiqə qazandı

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışlarında daha iki dəst medal öz sahibini tapacaq.

Apasport.az saytının məlumatına görə, 80 kq çəki dərəcəsində Milad Beiqi Harçeqaninin ilk rəqibi malili İsmael Koulibali olub. İlk hissədən üstünlüyü ələ alan təmsilçimiz afrikalını 13:5 hesabı ilə məğlub edib.

1/4 finalda Mehdi Xodabaxşi (İran) ilə üz-üzə gələn Milad Beiqi Harçeqani rəqibini 17:5 hesabi ilə məğlub edərək ½ finala vəsiqə qazanıb.

0
17