Rio-2016: Boksçumuz Оlimpiya tarixində ilk dəfə finala yüksəldi

Rio-2016: Boksçumuz Оlimpiya tarixində ilk dəfə finala yüksəldi

Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor yarımfinal görüşünə çıxıb.

64 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşüb. Avropa Oyunlarının qalibi rəqibini mübarizədən kənarlaşdıraraq (3:0) boks tariximizdə yeni səhifə açıb. Çünki Olimpiadalarda indiyədək finalçımız olmayıb.

Lorenzonun həlledici görüşdəki rəqibi özbəkistanlı idmançı Fazliddin Qaybnəzərov olacaq. Qızıl uğrunda döyüş 21 avqust saat 22:00-da başlayacaq.

Qeyd edək ki, Sotomayor yarımfinaladək ukraynalı Vladimir Matviyçuku, fransalı Hassan Amzili və kubalı Yasnier Toledonu mübarizədən kənarlaşdırıb.

Boks yığmamızın hesabında isə hələlik 1 bürünc medal var. Komandamıza bu mükafatı Kamran Şahsuvarlı qazandırıb.

0
20