“Zirə” AZAL-ı məğlub etdi – FOTO

“Zirə” AZAL-ı məğlub etdi – FOTO

Azərbaycan Premyer Liqasında III turun oyunlarına start verilib.

Oxu.Az xəbər verir ki, turun açılış qarşılaşmasında “Zirə” AZAL-ı qəbul edib və 3:1 hesabı ilə qələbə qazanıb.

Hesabı oyunun 39-cu dəqiqəsində Gerhard Proqni açıb. 45-ci dəqiqədə Elvin Məmmədov penalti zərbəsini dəqiq yerinə yetirərək zirəlilərin üstünlüyünü iki topa çatdırıb.

Matçın 67-ci dəqiqəsində David Canelidze fərqi azaldıb.

Lakin əsas vaxta 5 dəqiqə qalmış G.Proqni dubl edərək yekun nəticəni müəyyənləşdirib - 3:1.

0
16