Gülən əməliyyatı baş nazirə sıçradı: 18 nəfər saxlanılıb

Gülən əməliyyatı baş nazirə sıçradı: 18 nəfər saxlanılıb

Türkiyədə Fətullah Gülən tərəfdarlarına qarşı keçirilən əməliyyatlar Nazirliyə Kabinetinə sıçrayıb. Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetində işləyən 18 nəfər Gülənçi ittihamı ilə saxlanılıb.

Saxlanılan şəxslərin hazırda ifadəsi alınır. Onların Baş Nazirlikdə hansı vəzifələri tutduqları və adları açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl də Türkiyə Baş Nazirliyində işləyən 200-dən çox şəxs FƏTÖ-cü olduğu şübhəsiylə işdən çıxarılmışdı.

0
13