Paytaxtda quş oğrusu tutulub

Paytaxtda quş oğrusu tutulub

DİN məlumat yaydı.

Bakıda ev quşu oğurlanıb.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, aprelin 13-nə keçən gecə Suraxanı rayonunun Binə qəsəbəsində yaşayan Fariz İsmayılovun həyətindən 69 ev quşu oğurlanıb.

Bununla bağlı Suraxanı RPİ 30-cu PB əməkdaşlarının əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə hadisəni törətmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Elçin Ələsgərov və Elxan İsmayılov tutulub.

Araşdırma aparılır.

0
18