Türkiyə İsveçə belə reklamla cavab verdi

Türkiyə İsveçə belə reklamla cavab verdi

Türkiyənin Atatürk hava limanında İsveçə aid qalmaqallı reklam plakatı asılıb.

Oxu.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hava limanının xarici xətlər terminalında iki reklam lövhəsinə “Səyahət xəbərdarlığı: İsveçin dünyada təcavüz səviyyəsi ən yüksək olan ölkə olduğunu bilirsinizmi?” ifadəsi yazılıb. Yazı “Günəş” qəzeti tərəfindən hazırlanıb.

Bildirilir ki, sözügedən qalmaqallı reklama səbəb İsveçin Xarici işlər naziri Marqot Vallströmün tvitterdə “Türkiyədə yaşı 15-dən az olan uşaqların cinsi əlaqəyə girməsinə icazə verməsi qərarı ləğv edilməlidir. Uşaqları zorakılıq və cinsi istismara qarşı az yox, daha çox qorunmaq lazımdır”- sözlərini yazması olub.

0
15