Rio-2016: Cəbrayıl Həsənov yarıfinala yüksəldi - YENİLƏNİB

Rio-2016: Cəbrayıl Həsənov yarıfinala yüksəldi - YENİLƏNİB

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında güləş üzrə 74 kq çəki dərəcəsində təmsil edən Cəbrayıl Həsənov 1/4 finalda Gürcüstan təmsilçisi Yakob Makaraşviliyə 11:0 hesabı qalib gələrək (Gürcüstan) yarımfinala yüksəlib.

17.59

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında güləş üzrə 74 kq çəki dərəcəsində təmsil edən Cəbrayıl Həsənov ilk görüşünü keçirib.

Oxu.Az xəbər verir ki, Həsənov mübarizəyə 1/8 finaldan başlayıb.

Avropa çempionumuz kolumbiyalı Karlos Arturo İzkierdo Mendeslə gücünü yoxlayıb. Döyüş həmyerlimiz üçün asan keçib. O, cəmi 2 dəqiqə 40 saniyə davam edən görüşdə vaxtından əvvəl qələbə qazanıb - 10:0.

O, 1/4 finalda Yakob Makaraşvili (Gürcüstan) - Georgi İvanov (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

0
186