Bakıda regional enerji təhlükəsizliyi məsələləri müzakirə ediləcək

Bakıda regional enerji təhlükəsizliyi məsələləri müzakirə ediləcək

Enerji sektorunda əməkdaşların potensialının idarə edilməsi üzrə ustad dərsləri keçiriləcək.

Bakıda 28-31 avqust tarixlərində Beynəlxalq Enerji İqtisadiyyatları Assosiasiyasının birinci Avrasiya konfransı keçiriləcək.

Oxu.Az xəbər verir ki, əsas diqqət Xəzər dənizinin enerji ilə bağlı iqtisadi məsələlərə ayrılacaq.

Son 10 il ərzində neftin yüksək qiymətləri fonunda neft və qaz hasilatı sahəsində yüksək iqtisadi artım müşahidə edilir. Bu gün isə onlar neftin qiymətinin azalmasından zərər görür.

Xəzər regionunun Avropa və qlobal bazara ucuz qiymətə enerji daşıyıcılarının mühüm təchizatçısı olmaq potensialı, neft və qazın qiymətlərindən gözlənti və dinamika, Xəzər regionunun neft və qaz ehtiyatlarının zəngin sərvətlərinin işlənmə iqtisadiyyatı, regionda enerji daşıyıcılarının ucuz qiymətləri şəraitində alternativ və bərpa edilən enerji layihələrinin inkişafı perspektivləri, regional enerji təhlükəsizliyi və digər məsələlər Bakıda dünyanın 24 ölkəsindən olan 56 mühazirəçinin daxil olduğu məşhur beynəlxalq heyət üzvlərinin iştirakı ilə müzakirə ediləcək.

Bundan başqa konfrans zamanı enerji sektorunda əməkdaşların potensialının idarə edilməsi üzrə ustad dərslər keçiriləcək.

Biznesin, elmi dairələrin və hökumətin əsas nümayəndələrinin bir araya gələcəyi toplantıda, həmçinin neft və qaz üzrə dinamika və gözləntilər, zəngin neft və qaz ehtiyatlarının işlənmə iqtisadiyyatı müzakirə ediləcək.

Tədbirə informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.

0
12