(R) Azər Türk Bank xidmət şəbəkəsini genişləndirməyə davam edir

(R) Azər Türk Bank xidmət şəbəkəsini genişləndirməyə davam edir

Azər Türk Bank öz xidmət şəbəkəsini genişləndirməyə davam edir.

“Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin xidmət şəbəkəsinə daha bir şöbə əlavə olunmuşdur. Belə ki, sabah avqust ayının 20-də Bankın Qəbələ şöbəsinin açılışı baş tutacaqdır.

Adıçəkilən şöbə, Prezident İlham Əliyevin iştirakı ilə Qəbələ şəhərində açılışı gerçəkləşdirilən ASAN xidmət mərkəzinin daxilində yerləşir.

Burada müştərilərin fiziki və hüquqi şəxslərə bank hesablarının açılması, fiziki şəxslərə depozit hesablarının açılması, valyuta mübadilə əməliyyatlarının həyata keçirilməsi, nağdsız pul köçürmələri, ölkədaxili sürətli pul köçürmələri, şəxsi hesabdan nəğd vəsaitin çıxarılması, hökümət ödəniş portalı üzrə əməliyatların aparılması kimi xidmətlərdən istifadə etməsi mümkündür.

Azər Türk Bankın inkişaf strategiyasına uyğun olaraq yaradılmış yeni şöbə həftəiçi hər gün saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək müştərilərin xidmətində olacaq.

Şəhər iqtisadiyyatının da inkişafına öz təsirini göstərəcək şöbə, Azər Türk Bankın digər şöbə və filiallarında olduğu kimi müştəri məmnuniyyətini əsas tutaraq fəaliyyət göstərir.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

0
16