Rio-2016: Azərbaycan bayrağını tapa bilməyən idmançımız pərt oldu – VİDEO

Rio-2016: Azərbaycan bayrağını tapa bilməyən idmançımız pərt oldu – VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Nataliya Sinişin bürünc medal uğrunda son təsəlliverici görüşdən də qalib ayrılıb.

Oxu.Az Azxeber.com-a istinadən xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən Sinişin venesuelalı Betzabet Ancelika Arquello Vilyeqası 2:1 hesabı ilə yenib və bürünc medala sahib olub.

Amma Sinişin döyüşdən sonra sevincini yalnız məşqçisiylə paylaşa bilib. Belə ki o, Azərbaycan bayrağını əldə etmək üçün zalda azarkeş axtarsa da, həm azarkeşlərimiz, həm də bayrağımızı tapa bilməyib.

Zal boyu bayraq axtarışına çıxan idmançımız sonda pərt olub və sevincini bayraqsız qeyd edib.

0
14