Tayvanda Azərbaycan Mətbəxi Günü keçirildi – FOTO

Tayvanda Azərbaycan Mətbəxi Günü keçirildi – FOTO

Tayvanda təşkil edilən Yilan Beynəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə Festival başa çatıb.

Oxu.Az xəbər verir ki, iyulun 15-dən başlayan festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 11 nömrəli onbirillik musiqi məktəbi və V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət “Aysel-Buta” folklor qrupunun üzvləri təmsil edib.

İyulun 30-da festival çərçivəsində Azərbaycan günü keçirilib. Azərbaycanın xalq çalğı alətlərində muğamlarımız və “Aysel-Buta” Folklor qrupunun çıxışları, milli rəqsələrimiz nümayiş olunub.

7 avqustda isə Azərbaycan Mətbəxi Günü keçirilib. Festival iştirakçıları və qonaqları Azərbaycan xalqının zəngin kulinariya mədəniyyəti ilə yaxından tanış olublar.

Ölkəmizin nümayəndələrinə Tayvanın mədəni həyatı ilə tanış olması məqsədilə yerli ekskursiyalar və qrup gəzintiləri kimi bir sıra mədəni tədbirlər təşkil olunub.

Avqustun 15-də isə Yilan Beynəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə Festivalın bağlanış konserti baş tutub.

Bağlanış mərasimində festivalda çıxış edən bütün ölkələrin kollektivləri Tayvan mədəniyyəti və incəsənətinə xas olan nümunələri rəqslərlə nümayiş etdiriblər.

Aytən Sadıqzadə

0
22