Lotu Qulidən Lənkəranski ilə bağlı açıqlama

Lotu Qulidən Lənkəranski ilə bağlı açıqlama

Türkiyənin İstanbul şəhərində güllələnərək öldürülən qanuni oğru Rövşən Lənkəranskinin (Canıyevin) ölümünü hazırda 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Nadir Səlifov (Lotu Quli) da həyəcan və narahatlıqla qarşılayıb. Lotu Quli oğru dünyasının avtoritetinin ölüm xəbərini cəza çəkdiyi 8 saylı müəssisənin işçilərindən eşidib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Cebhe.info-ya Nadir Səlifovun vəkili Təranə Əliyeva verib.

Vəkil deyib ki, Rövşən Lənkəranskinin ölümünə heç kim sevinmir:

“Biz ötən gün Nadir Səlifovla o barədə söhbət etdik. O, Rövşən Lənkəranskinin ölüm xəbərinə çox pis oldu. Onların arasında elə bir problem yox idi. Allah ona rəhmət eləsin! Bu xəbəri cəzaçəkmə müəssisəsində öyrənib, təəssüf və təəccüblə qarşılayıb. Mənimlə söhbət zamanı da onun ölümünə pis olduğunu dedi və ona rəhmət dilədi”.

Vəkil əlavə edib ki, Quli Rövşən Lənkəranskinin dəfn mərasimini diqqətsiz buraxmayacaq.

0
21