ABŞ kosmodromundan müşahidə peykləri olan raket buraxılıb

ABŞ kosmodromundan müşahidə peykləri olan raket buraxılıb

Kosmik obyektləri müşahidə edən iki müşahidə peyki olan “Delta IV” raketi Amerikanın Florida ştatından buraxılıb, “United Launch Alliance” (ULA) şirkəti buraxılışı yayınlayır.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, ULA-ya məxsus “Delta IV” raketi Bakı vaxtı ilə saat 08:52-da Kanaveral burnunda yerləşən kosmodromdan buraxılıb.

Raket geosinxron orbitə kosmik obyektləri və peykləri müşahidə edəcək, toqquşmalar barədə xəbərdarlıq etmək və onların işinin monitorinqi üçün (Geosynchronous Space Situational Awareness Program, GSSAP) iki aparat çıxarılır. Bu missiya üçün orbitə ilk peyklər 2014-cü ildə çıxarılıb.

“Orbital ATK” şirkəti tərəfindən yaradılmış peyklərin təyinatı kosmik obyektlərin ölçüsü, yerləşməsi və statusu haqqında informasiyanın yığılmasıdır. Sifarişçi ABŞ-ın Müdafiə Nazirliyidir.

0
12