Rio-2016: Bədii gimnastımız debütə hazırlaşır

Rio-2016: Bədii gimnastımız debütə hazırlaşır

Bu gün Rio-2016-da bədii gimnastika yarışlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycanı Braziliyada Marina Durunda təmsil edəcək.

Olimpiadada debüt edəcək gimnastımız çoxnövçülük yarışında mübarizə aparacaq. Avropa Oyunlarının gümüş medalçısı bu gün başlayacaq təsnifat mərhələsində finala vəsiqə qazanmağa çalışacaq. Bunun üçün o, gürz, lent, top və həlqələrlə hərəkətlərdə maksimum xal toplamaq arzusundadı.

Yarışlara saat 17:20-də start veriləcək. 8 nəfərin iştirakı ilə olacaq final mərhələsi isə sabah olacaq.

0
14