İki azyaşlı uşaq faciəli şəkildə ölüb

İki azyaşlı uşaq faciəli şəkildə ölüb

Azərbaycanda iki azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Şəmkirdə 4 yaşlı qız su arxına düşərək boğulub.

Belə ki, Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşayan 4 yaşlı Fidan Məmmədova su arxına düşərək boğulub. Uşağın meyiti sudan çıxarılıb.

Bundan başqa, Qubada da bədbəxt hadisə baş verib. Belə ki, avqustun 11-də Quba rayonunun 2-ci Nügədi kəndində yaşayan 2 yaşlı Elnur Əliyevin üstünə qaynar su tökülüb. Xəstəxanaya yerləşdirilən uşaq avqustun 18-də orada ölüb.

0
14