Bengünün son konsertindən MÖHTƏŞƏM GÖRÜNTÜLƏR

Bengünün son konsertindən MÖHTƏŞƏM GÖRÜNTÜLƏR

Hər mahnısı xit olan və son ifa etdiyi “Sığamıyorum” sinqlı ilə Top 10 siyahılarını alt-üst edən türk müğənni Bengü ötən gecə Harbiye Cəmil Topuzlu Açıqhava Teatrında möhtəşəm bir konsert verib.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, mahnıları ilə birgə rəqsləri də hamını heyran edən Bengü konsert zamanı 3 dəfə kostyum dəyişdirib.

1 ay yarımdır konsertə  hazırlaşan Bengü “həyatımın ən böyük xoşbəxtliyini yaşayıram” deyib.

0
28