Useyn Bolt səkkizqat Olimpiya çempionu oldu

Useyn Bolt səkkizqat Olimpiya çempionu oldu

Qaçışda ikinci yeri Kanada, üçüncü yeri isə Fransa idmançısı tutub.

Yamaykalı atlet Useyn Bolt Rio-de-Janeyoda keçirilən Olimpiya Oyunlarında 200 m məsafəyə qaçış üzrə qızıl medal qazanıb. O, bu məsafəni 19,78 saniyəyə qət edib.

Oxu.Az xəbər verir ki, bununla da o, səkkizqat Olimpiya çempionu olub.

Qaçışda ikinci yeri Kanada idmançısı Andre de Qrasse (20,02), üçüncü yeri isə Fransa idmançısı Kristof Lemetr (20,12) tutub.

Olimpiya Oyunları avqustun 21-də başa çatacaq.

0
13