Lavrov: NATO öz mövcudluğuna məna vermək üçün düşmən axtarır

Lavrov: NATO öz mövcudluğuna məna vermək üçün düşmən axtarır

“Biz mənasız qarşıdurmalara cəlb edilmək niyyətində deyilik”.

Bu gün NATO-nun “soyuq müharibə”nin bitməsi ilə Rusiyaya təzyiq göstərmək məqsədi ilə Şərq istiqamətində hərbi iştirakının artırılması müşahidə edilir. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib. 

“NATO öz mövcudluğuna məna vermək üçün düşmən axtarmaqla məşğuldur. Rusiya mənasız qaşıdurmalara cəlb edilmək niyyətində deyil və edilməyəcək də. Əminik ki, təhlükəsizlik sahəsində beynəlxalq hüquqa dayanan təhlükəsizlik prinsipinin bölünməzliyinə əsaslanan qarşılıqlı səmərəli ümumavropa əməkdaşlığının məntiqli alternativi mövcud deyil”,  - o deyib. 

Nazir, həmçinin qeyd edib ki, alyansın fəaliyyəti Rusiyanın iblisləşdirilməsinə istiqamətlənən təcavüzkar kampaniya ilə müşayiət edilir. 

0
14