Marsdakı görüntülər alimləri təəccübləndirdi

Marsdakı görüntülər alimləri təəccübləndirdi

Mars planetinin “Curiosity” marsoxodu vasitəsilə əldə olunan son şəkillər elm adamları arasında fikir ayrılığına səbəb olub.

Oxu.Az Sputnik News-a istinadən məlumat verib.

“Vista News” saytının məlumatına görə, qırmızı planetin səthində mütəxəssislər tərəfindən şübhəli obyekt aşkar edilib.

NASA alimləri görüntüdə Marsın səthində arxasınca çox böyük iz qoyan, daşa bənzər əşyanın hərəkət etdiyini müşahidə ediblər. “Curiosity” aparatı tərəfindən bu obyektin bir neçə şəkilini çəkmək mümkün olub.

NASA əldə olunmuş şəkilləri cəmiyyətə təqdim etsə də, hələ onları şərh etmir. Planetin səthində daşı hansı qüvvənin hərəkətə gətirdiyi və bu anormallığın səbəbləri sual olaraq qalır.

0
12