Lənkəranskinin ölümündən əvvəl son görüntüləri – VİDEO

Lənkəranskinin ölümündən əvvəl son görüntüləri – VİDEO

Türkiyənin İstanbul şəhərində naməlum şəxslər tərəfindən güllələnərək öldürülən “qanuni oğru” Rövşən Lənkəranskinin ölümündən əvvəlki son görüntüləri ortaya çıxıb.

Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, Beşiktaşda bir hoteldən çıxan Lənkəranski və adamlarının görüntüləri müşahidə kamerasına düşüb.

Lüks bir avtomobilə minərkən odlu silahdan açılan atəş nəticəsində yaralanan Rövşən Lənkəranski dərhal xəstəxanaya aparılıb, ancaq həkimlərin bütün cəhdlərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, “qanuni oğru”nun cənazəsi Azərbaycana gətirilib. Hazırda Lənkəran şəhərində “qanuni oğru”nun dəfninə ciddi hazırlıq gedir.

0
19