Sosial şəbəkələr yaralanmış suriyalı oğlanı müzakirə edirlər – VİDEO

Sosial şəbəkələr yaralanmış suriyalı oğlanı müzakirə edirlər – VİDEO

Suriyalı fəallar Hələb şəhərində hava zərbələrindən dağılmış binadan xilas edilən oğlan uşağının görüntülərini paylaşıblar.

Oxu.Az “The Guardian”-a istinadən xəbər verir ki, təcili yardım maşınında halsız və qan içində oturmuş oğlanın video və fotoları sosial mediada geniş paylaşılıb və bir çoxunun qəzəbinə səbəb olub.

Onun 5 yaşlı Omran Daqniş olduğu məlum olub. Yerli həkimlər oğlanın başından aldığı xəsarətdən müalicə olunduğunu bildirirlər.

Onun ailəsinin də hücumdan sağ çıxdığı güman edilir.

0
31