Qubalı “Facebook”da yazı yazıb, intihar etdi

Qubalı “Facebook”da yazı yazıb, intihar etdi

Quba rayon sakini intihar edib.

Oxu.Az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Xaltan kənd sakini, 1961-ci il təvəllüdlü Bayram Seyidov özünü yaşadığı evdə asıb.

İntiharın səbəbləri məlum deyil.

İntihar etməzdən öncə o, bu barədə “Facebook” səhifəsində yazıb.

Uzun müddət müəllim işləmiş B.Seyidov təqaüddə olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalar aparılır.

0
11