ABŞ: "Rusiya-Türkiyə yaxşılaşmasından ehtiyatlanmırıq"

ABŞ: "Rusiya-Türkiyə yaxşılaşmasından ehtiyatlanmırıq"

ABŞ Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasından ehtiyatlanmağa səbəb görmür

Bakı-APA. ABŞ Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasından ehtiyatlanmağa səbəb görmür.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.

“Türkiyə və Rusiya arasındakı ikitərəfli münasibətləri yalnız onların ikisində aiddir”, - deyə Kirbi Ankaranın Moskva ilə münasibətləri möhkəmləndirmək niyyətini şərh edərkən bildirib.    

“Bunun üçün heç bir qadağa yoxdur və bu iki ölkə arasında münasibətlərin yaxşılaşmasından ehtiyatlanmağa da səbəb yoxdur”, - deyə Kirbi qeyd edib.

“Türkiyə NATO-nun üzvü və İŞİD-lə mübarizə kampaniyasının mühüm hissəsi olaraq qalır. Mən  NATO adından çıxış edə bilmərəm, lakin, ABŞ Alyansın üzvüdür və biz Türkiyənin bütün əməliyyatlarımızda iştirak etməkdə davam edəcəyinə inanırıq”.  

0
12