Türkiyədə 11 nəfər terror aktlarının qurbanı oldu

Türkiyədə 11 nəfər terror aktlarının qurbanı oldu

Türkiyədə ötən sutka ərzində törədilən silsilə terror aktları nəticəsində 11 nəfər həlak olub, 226 nəfər yaralanıb.  

APA-nın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, ötən gün Van əyalətində polis məntəqəsi yaxınlığında törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 73 nəfər yaralanıb.

Ötən gün daha bir partlayış səhər saatlarında Ələqız şəhərində polis idarəsi qarşısında törədilib, azı 3 nəfər ölüb, 146 nəfər yaralanıb.

Bundan başqa, ölkənin cənub-şərqində kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə salınması nəticəsində 4 hərbçi həlak olub, 7 nəfəri yaralanıb. Daha bir təhlükəsizlik əməkdaşı güllələnərək öldürülüb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın həyata keçirdiyi terror aktlarının arxasında Fətullahçı Terror Təşkilatı (FETÖ) olduğunu bəyan edib.

0
11