Moskvada YPX postuna hücumu İŞİD törədibmiş

Moskvada YPX postuna hücumu İŞİD törədibmiş

 İŞİD terror qruplaşmasının üzvləri Moskva vilayətində Yol Patrul Xidmətinin  postuna hücumla əlaqəli olduqlarını bildiriblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İŞİD-in internetdə fəallığını izləyən “Site Inteligence Group” agentliyidir.    

Qeyd edək ki,  avqustun 17-də Rusiyanın Moskva vilayətində yol müfəttişlərinə silahlı hücum olub. İnsident Balaşixada, Şelkovski yolunun 20-ci km-də yerləşən Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin postunda baş verib.

Tapança və balta ilə silahlanmış iki nəfər posta hücum edib. Hücum edənlər öldürülüb, iki polis əməkdaşı yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. Məlumata əsasən, atışma postu keçən avtomobillərin sərnişinlərinin sənədləri yoxlanılarkən baş verib. Atəş açanların əslən çeçen  olduğu deyilir.

0
11