Rio-2016: Azərbaycan idmançılarının XIV günü

Rio-2016:  Azərbaycan idmançılarının XIV günü

Boksçumuz Lorenzo Sotomayor (64 kq) yarımfinal döyüşünə çıxacağı halda, digər 5 atletimiz Olimpiya Oyunlarında debüt edəcəklər.

Kişi taekvondoçuların mübarizəsində 80 kq çəki dərəcəsində mübarizə aparan Milad Beiqi Harçeqani və xanım taekvondoçumuz Fəridə Əzizova (67 kq) günü medalla başa vura bilər.

Həmçinin sərbəst güləşçilərimiz Hacı Əliyev (57 kq) və Cəbrayıl Həsənovun (74 kq) da yarışa başladıqları gün mükafat sevinci yaşamaq ehtimalları var.

Bədii gimnastımız Marina Durunda isə dörd növdə təsnifat yarışlarında çıxış edəcək.

Olimpiya Oyunları

XIV gün

Taekvondo

1/8 final

17:15. Milad Beiqi Harçeqani (80 kq) – İsmael Kulibali (Mali)

18:30. Fəridə Əzizova (67 kq) – Peyc Makferson (ABŞ)

Sərbəst güləş

1/8 final

17:25. Hacı Əliyev (57 kq) – Cunsik Yun (Cənubi Koreya)

17:50. Cəbrayıl Həsənov (74 kq) – Karlos Arturo İzquerdo (Kolumbiya)

Boks

Yarımfinal

21:45. Lorenzo Sotomayor (64kq) – Artyom Harutunyan (Almaniya)

Bədii gimnastika

Təsnifat mərhələsi

17:20. Marina Durunda

0
14