“Qarabağ” İsveçdən məğlub qayıdır

“Qarabağ” İsveçdən məğlub qayıdır

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da qrup mərhələsinə düşmək üçün mübarizə aparıb.

İsveçdə “Höteborq” klubu ilə qarşılaşan “Qarabağ” meydanı 1:0 hesablı məğlubiyyətlə tərk edib.

Oyunun yeganə qolunu 56-cı dəqiqədə “Höteborq” in oyunçusu Mads Albaek vurub.

Oyunun baş hakimi Pavel Raçkovski olub.

0
14