“Qarabağ” səfərdən məğlub qayıdır

“Qarabağ” səfərdən məğlub qayıdır

Futbol üzrə Avropa Liqasında play-off mərhələsinin ilk oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycanın “Qarabağ” klubu səfərdə İsveçin “Höteborq” komandasının qonağı olub.

“Qamla Ullevi” stadionunda keçirilən matç ev sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Qarşılaşmada yeganə qolu görüşün 56-cı dəqiqəsində Mads Albaek vurub.

Bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra, avqustun 25-də, keçirələcək.

0
13