“Qəbələ” Avroliqanın bir addımlığında

“Qəbələ” Avroliqanın bir addımlığında

Futbol üzrə Avropa Liqasında play-off mərhələsinin ilk oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycanın “Qəbələ” klubu “Dalğa Arena” Sloveniyanın “Maribor” komandasını qəbul edib.

Qarşılaşma Roman Qriqorçukun yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

17-ci dəqiqədə Tavares qonaqları hesabda irəli çıxarıb.

“Qəbələ”nin heyətində Sergey Zenyov 37-ci dəqiqədə oyunda tarazlıq yaradıb.

İkinci hissədə isə Baqali Dabo iki dəqiqəyə (50 və 52-ci dəqiqələrdə) iki qol vuraraq Azərbaycan klubuna qələbə qazandırıb.

Bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra, avqustun 25-də, keçirələcək.

0
19