Qazaxıstanda sirli artefaktların olduğu piramida tapılıb - VİDEO

Qazaxıstanda sirli artefaktların olduğu piramida tapılıb - VİDEO

Qazaxıstanda arxeoloqlar faraon Coser Neçerihetin piramidasına bənzər qədim tikili aşkar ediblər. Alimlər tikilinin yaşını təyin ediblər: onun üç min ildən çox yaşı var. Tədqiqatçılar belə qənaətə gəliblər ki, Qazaxıstan piramidası Misir piramidalarından təxminən min il sonra tikilib.

Oxu.Az bu barədə “Rossiya 24” telekanalına istinadən xəbər verir.

Bildirilir ki, sərdabənin zirvəsində yerli qəbilənin rəhbəri dəfn edilib. Aşağı hissədə isə onun yaxın qohumları dəfn edilib.

Qazıntılar zamanı arxeoloqlar insan qalıqları və XLV-XLL b.e.ə. aid bir çox dəyərli artefaklar aşkar ediblər - bürünc iynələr, ox ucluqları və bıçaqlardır. Həmçinin təyinatı alimlər üçün sirr olan başqa əşyalar da aşkarlanıb.

0
24