Rio-2016: Azərbaycan güləşçisi bürünc uğrunda mübarizə aparacaq

Rio-2016: Azərbaycan güləşçisi bürünc uğrunda mübarizə aparacaq

Azərbaycanın qadın güləşçisi Nataliya Sinişin (53 kq) 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalı uğrunda mübarizə aparacaq.

Oxu.Az xəbər verir ki, ukraynalı legioner 1/8 final mərhələsində 3 qat Olimpiya və 13 qat dünya çempionu olan yaponiyalı Saori Yoşidaya uduzub.

Yoşida finala yüksəldiyinə görə, Sinişin təsəlliverici görüşlərə qatılacaq. O, bu görüşlərin ikinci raundunda seneqallı İzabelle Sambu ilə üz-üzə gələcək. Nataliya qalib gələcəyi halda bürünc medal uğrunda mübarizə aparacaq. Qarşılaşma saat 23:05-də start götürəcək.

0
14