Tovuzda gənc oğlanı başından güllələdilər

Tovuzda gənc oğlanı başından güllələdilər

Cinayət işi açılıb.

Tovuzda qətl törədilib.

Oxu.Az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gün rayonun Qalaboynu kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Əmiraslanov Məqsəd İlqar oğlu baş nahiyəsindən ov tüfəngi ilə güllələnib.

Məlumata görə, qətli törədən şəxs məlumdur və onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb.

0
18