KİV: Rövşən Lənkəranskini Türkiyə kürdləri öldürüblər

KİV: Rövşən Lənkəranskini Türkiyə kürdləri öldürüblər

Azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevə (Lənkəranski) qarşı gerçəkləşdirilmiş sui-qəsdin təfərrüatlarına bələd olan mənbə Rosbalt nəşrinə bildirib ki, o, avqustun 17-ində axşam saatlarında İstanbuldakı otellərdən birində dəstəsinin mənsubları ilə görüş keçirib.

Oxu.Az-ın Milli.Az-a istinadən xəbərinə görə, bundan sonra Rövşən Lənkəranski oteldən çıxıb və Range Rover markalı avtomobilin arxa oturacağına əyləşiö. Arxada isə Lənkəranskinin müühafizəçilərinin olduqları maşın vardı.

R.Lənkəranskinin olduğu maşın sürətlə yerindən götürülüb, arxadakı maşın bir qədər geri qalıb. Bu da arxadakı maşında oturmuş adamların həyatını xilas edib.

Qəflətən Range Rover jülləbaran olunub. Atəş açanlar ən azı 3 nəfərdilər və onlar maşına irəlidən, yandan, arxadan atəş açırdılar. Sürücü maşını saxlayıb, sonra avtomobil geriyə hərəkət edib, atəş xəttindən çıxıb.

“Rövşən Lənkəranskini qətlə yetirənlər kürdlərdir. Onlar "Ded Xasan"ın güllələnməsinin qisasını almaq istəyirdilər. “Ded Xasan”ın öldürülməsinin təşkilatçısı isə R.Lənkəranski sayılırdı. Türkiyədəki həmin kürdlərə sui-qəsdə razılıığ və yaxşı pulu da "qanuni oğrular"ın verdikləri aydındır”, - mənbə deyib.

0
24