Məşhur caz ifaçısı Bakıda konsert verəcək

Məşhur caz ifaçısı Bakıda konsert verəcək

Oktyabrın 23-də gürcüstanlı məşhur caz ifaçısı İrakli Koiava və onun kvinteti Bakıda konsert proqramı ilə çıxış edəcək.

Oxu.Az xəbər verir ki, Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində reallaşacaq konsertdə caz ifaçısı və kvintet öz repertuarından populyar caz musiqisi səsləndirməklə yanaşı, dünya caz musiqisinə də müraciət edəcək.

İrakli Koiavanı Keso Burçuladze (skripka, piano, vokal), Devid Baxtadze (perkussiya), Natiya Maqlakelidze (skripka) və Nika Çelidze (elektro və akustik gitara, vokal) müşayiət edəcək.

Qeyd edək ki, oktyabrın 22-dən 30-dək Bakıda keçirilməsi nəzərdə tutulan Bakı Beynəlxalq Caz Festivalına dünyanın bir sıra tanınmış caz ifaçıları qatılacaq.

A.S.

0
23