Azərbaycanlı müğənni 8 saat suyun altında qalıb - FOTOLAR

Azərbaycanlı müğənni 8 saat suyun altında qalıb - FOTOLAR

Lent.az–ın məlumatına görə,  doğum günündə jurnalistlərlə görüşən müğənni tədbirə gec qatılan xalq artisti Faiq Ağayevin  gəlişini  gözləyib. Gənc ifaçı bununla da öz müəlliminə sadiqliyini nümayiş etdirdiyini deyib: “Sizin hamınızdan xahiş edirəm ki, Faiq müəllim gəlmədən tədbiri başlamayaq. Bu gün onun xeyir-duasını eşitmək mənim üçün çox vacibdir”.

Bu bir neçə dəqiqə sonra xalq artisti tədbirin keçirildiyi məkana çiçəklərlə daxil olub və alqışlarla qarşılanıb. Sənətçi vurğulayıb ki, Ü. Şahbazova “Sehirli pərdə” telelayihəsində onun tələbəsi olub. Məhz onun tövsiyəsi ilə sözügedən mahnının mix versiyası ekranlaşdırılıb: “Yaxın vaxtlarda solo konsertimə hazırlaşıram. Konsertdə digər tələbələrimlə yanaşı Ülkərin də iştirakı olacaq”

Klipin rejissoru Nicat Zeynallıdır. Təəssüratlarını bölüşən rejissor deyib ki, ifaçı klip çəkilən vaxt 8 saat suda qalmalı olub. Bu da Ülkər Şahbazovanın işinə hörmətindən və sənətinə sevgisindən xəbər verir.

Mahnının musiqisi Aynur Adilqızına, mix Dj Ulka və Rabilə aiddir. Müğənni klipin məbləğini açıqlamayıb.

0
13