MTRŞ: ANS efirə çıxmayacaq

MTRŞ: ANS efirə çıxmayacaq

ANS telekanalı fəaliyyətini bərpa etməyəcək. Belə ki, Bakı Apellyasiya Məhkəməsi iyulun 29-da Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS-in lisenziyasının ləğv edilməsinə dair iddiasını təmin edib.

Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Turan-a MTRŞ aparatının rəhbəri Toğrul Məmmədov bəyan edib.

Xatırladaq ki, ANS-in yayımının dayandırılması və lisenziyasının ləğv edilməsinə səbəb Ankaranın hərbi çevrilişə cəhdin təşkilatçısı adlandırdığı türk dindar Fətullah Gülən ilə müsahibə olub.

MTRŞ nümayəndəsi öz növbəsində ANS-i qiyamçıların müraciətini oxuyan TRT telekanalının diktorunun çıxışını nümayiş etdirməkdə günahlandırır.

Bundan başqa Məmmədovun sözlərinə görə, ANS tankların insanları əzməsini, kəsilmiş başların əks olunduğu kadrları nümayiş etdirib, bu da “vandalizm əlamətidir”.

0
11