Rio-2016: Azərbaycan kayakçısı finiş xəttinə sonuncu çatdı

Rio-2016: Azərbaycan kayakçısı finiş xəttinə sonuncu çatdı

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya 500 metr məsafədə final yürüşünə çıxıb.

Oxu.Az xəbər verir ki, final mərhələsində Marina Litvinçuk (Belarus), Liza Karrinqton (Yeni Zelandiya), Danuta Kozak (Macarıstan), Emma Yorqensen (Danimarka), Fransiska Veber (Almaniya), Yu Ju (Çin) və Dalma Ruziçiç Benedek (Serbiya) ilə mübarizə aparan təmsilçimiz finiş xəttini sonuncu keçib.

1 dəqiqə, 56,573 saniyə nəticə göstərən Osipenko-Radomskaya çempion Kozakdan 4,079 saniyə geri qalıb. Gümüş medalı Yorqensen, bürüncü isə 200 m məsafəyə yürüşdə birinci olan Karrinqton qazanıb.

Qeyd edək ki, bununla da avarçəkənlərimizin Riodakı çıxışı yekunlaşıb. Yarışda Aleksandr Aleksandrov – Boris Yotov dueti (akademik avarçəkmə, 2000 m) 12-ci, Yure Meqliç (kanoe-slalom) 14-cü yeri tutub.

0
10