Rio-2016: Qadın güləşçimiz 3 qat olimpiya çempionuna uduzdu

Rio-2016: Qadın güləşçimiz 3 qat olimpiya çempionuna uduzdu

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında qadın güləşçilərin yarışı başa çatacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması son 3 dəst medal uğrunda mübarizədə 1 idmançı ilə təmsil olunur.

Avropa çempionumuz Nataliya Sinişin özünü doğrultmağa çalışır. Anjela Doroqanın əvəzinə Olimpiadaya yollanan milliləşdirilmiş legionerimiz özü üçün doğma olan 58 kq çəki dərəcəsində deyil, 53 kq-da gücünü yoxlayır.

Bakı-2015-in bürünc mükafatçısı olan ukraynalı Rioda 1/8 final mərhələsində debüt edib. O, dünya güləşinin əfsanəsi Saori Yoşida üz-üzə gəlib/ 3 qat Olimpiya və 13 qat dünya çempionu olan yaponiyalı 4-0 hesabı ilə məğlub olan güləşçimiz Sairo Yoşidanın finala çıxacağı tədqirdə təsəlliverici döyüşlərə çıxacaq.

0
15