Ledi Qaqa Bredli Kuperin filmində çəkiləcək

Ledi Qaqa Bredli Kuperin filmində çəkiləcək

Müğənni Ledi Qaqa aktyor Bredli Kuperin rejissoru olacağı “Ulduz doğuldu” (“A star is born”) adlı klassik dramının remeykində çəkiləcək.

Oxu.Az bu barədə “The Guardian”a istinadla xəbər verir.

Filmin çəkilişləri 2017-ci ildə başlayacaq. Bu, B.Kuperin rejissor kimi debütü, L.Qaqanın isə ilk baş rolu olacaq. Müğənni ekran əsəri üçün bir neçə mahnı bəstələyib ifa edəcək.

Xatırladaq ki, Ledi Qaqa yanvar ayında “American horror story” (“Amerikanın qorxu hekayəsi”) serialındakı obrazına görə “Qızıl Qlobus” müakfatına layiq görülmüşdü.

Aytən Sadıqzadə

0
17