Qəbələdə ərəb turistlərdən qeyri-etik davranış

Qəbələdə ərəb turistlərdən qeyri-etik davranış

ATV-nin aparıcıları Günay və Zaur Baxşəliyev cütlüyü Qəbələdə istirahət zamanı Azərbaycana gələn ərəb turistlərin qeyri-etik hərərkətlərinin şahidi olub.

Oxu.Az xəbər verir ki, Z.Baxşəliyev “Instagram” hesabında bununla bağlı paylaşım edib.

“Qəbələdə hotellərdən birində üç hadisənin şahidi oldum. Bu videoda gördüyünüz ərəblər yeyib-içəndən sonra üç masanın üstünə qusub batırdılar. Hər zaman qapı ağzında turist həsrəti ilə gözü yollarda qalan hotel işçilərinin simasında “İlahi, bunlar nə zaman gedəcək?” sualı açıq-aydın yazılmışdı.

Qəbələdəki hotellərə bələd olanlar bilir ki, otaqlarda elektrik çaydanları olurdu, indi onları yığışdırıblar. Niyə?! Çünki bizim müsəlman qardaşlarımız ərəblər, bu çaydanlardə sudan başqa, hər şey qaynadırlar (yumurta, sosiska, düyü).

Otaqlarda çıxardıqları hoqqalar az deyilmiş kimi, onlardan biri hotelin hovuzuna böyük bayıra çıxıb. Ölkəyə gələn turistlər əgər pul ödəyirsə, bu o demək deyil ki, masamıza qusub, hovuzumuzu batırmalıdırlar!

P.S: Kiprdə istirahətdə olan zaman tanıdığım bir həmyerlimizin hoteldə yaratdığı kiçik narahatlığa görə, elə həmin gün oradan çıxardılar. Geri dönüş biletini aldılar və Bakıya göndərdilər. Adını isə həmin hoteldə arzuolunmaz qonaq siyahısına saldılar. Əziyyət çəkib, müqavilə imzalayıb, qapı açırsan, bu da onların mədəniyyəti”, - deyə teleaparıcı sosial şəbəkədə yazıb.

A.S.

0
11