Rövşən Lənkəranskiyə sui-qəsd – TƏFƏRRÜATLARI

Rövşən Lənkəranskiyə sui-qəsd – TƏFƏRRÜATLARI

Maşına atəş açan naməlum şəxslərə Lənkəranski və adamları da cavab atəşi açıblar.

Azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin ötən gecə İstanbulda güllələnməsi ilə bağlı bəzi məqamlar açıqlanıb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, İstanbul polisindən bildirilib ki, silahlı hücum zamanı Lənkəranskinin olduğu maşında ondan başqa daha iki nəfər var imiş.

Maşına atəş açan naməlum şəxslərə Lənkəranski və adamları da cavab atəşi açıblar. İstanbul polisinin açıqlamasına görə, hadisə yerində ağzına susdurucu taxılmış bir UZİ markalı avtomat və bir “Qlok” markalı tapança aşkarlanıb.

İlkin araşdırma nəticəsində məlum olub ki, hadisə yerindən tapılan silahlar avtomobildə hücuma məruz qalan şəxslərə məxsus olub. Hadisə yerindən eyni zamanda çox sayda giliz də götürülüb.

0
10