Rio-2016: Nataliya Sinişin 3 qat Olimpiya çempionu ilə üz-üzə

Rio-2016: Nataliya Sinişin 3 qat Olimpiya çempionu ilə üz-üzə

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında qadın güləşçilərin yarışı başa çatacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması son 3 dəst medal uğrunda mübarizədə 1 idmançı ilə təmsil olunacaq.

Avropa çempionumuz Nataliya Sinişin özünü doğrultmağa çalışacaq. Anjela Doroqanın əvəzinə Olimpiadaya yollanan milliləşdirilmiş legionerimiz özü üçün doğma olan 58 kq çəki dərəcəsində deyil, 53 kq-da gücünü yoxlayacaq.

Bakı-2015-in bürünc mükafatçısı olan ukraynalı Rioda 1/8 final mərhələsində debüt edəcək. O, dünya güləşinin əfsanəsi Saori Yoşida üz-üzə gələcək. 3 qat Olimpiya və 13 qat dünya çempionu olan yaponiyalı ilə qarşılaşma saat 17:00-da başlanacaq. Təmsilçimizin qalib gəlmək şansı az olsa da, rəqibin finala yüksələcəyini və Sinişinin yolunu açacağını proqnozlaşdırmaq olar.

Qeyd edək ki, qadınlardan ibarət güləş yığmamızın 2 üzvü artıq Olimpiadada çıxışını başa vurub. 48 kq çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik gümüş medal qazansa da, 58 kq çəkidəki təmsilçimiz Yuliya Ratkeviç 5-ci yerlə kifayətlənib.

0
25