DİN: Heç bir “vor zakon” tanımırıq

DİN: Heç bir “vor zakon” tanımırıq

“Azərbaycanda belələrinin kökü hələ 90-cı illərin əvvəllərindən kəsilib”.

Azərbaycan Daxil İşlər Nazirliyi Rövşən Lənkəranskinin Türkiyədə güllələnməsini şərh etmir.

Oxu.Az xəbər verir ki, DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov virtualaz.org-a açıqlamasında deyib ki, əgər hadisə Türkiyədə baş veribsə, bu ölkənin hüquq-mühafizə orqanları araşdırmalıdır.

Bununla belə Ehsan Zahidov onda Rövşən Canıyevlə bağlı rəsmi məlumatın olmadığını deyib.

DİN rəsmisi Azərbaycanda heç bir “vor zakon”un olmadığını da əlavə edib:

“Biz insanlara ölkə vətəndaşı kimi baxırıq. Bizim üçün ancaq qanuna əməl edən və etməyən vətəndaş anlayışı var. İkincilərlə qətiyyətli mübarizə aparırıq. Heç bir “vor zakon” tanımamışıq və tanımırıq. Azərbaycanda belələrinin kökü hələ 90-cı illərin əvvəllərindən kəsilib. Vətəndaş Rövşən Canıyevə gəldikdə isə, əgər bu hadisə Türkiyədə baş veribsə, qoy onlar özləri araşdırsınlar”.

0
35