® “Mətanət A” şirkəti haqqında yazılanlar əsassız çıxdı

®  “Mətanət A” şirkəti haqqında yazılanlar əsassız çıxdı

Bəzi mətbu orqanlarda “Mətanət A” şirkəti haqqında heç bir əsası olmayan və tamamilə yanlış məlumatlara əsaslanan xəbərlər verilib. Bu mətbu orqanlar və onlara bu əsassız xəbərləri sifariş verənlər həm milli sahibkarlığın inkişafına, ölkəmizin beynəlxalq imicinə, həm də Azərbaycanın ən uğurla inkişaf edən və ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən böyük işçi kollektivinin çalışdığı “Mətanət A” şirkətinin işgüzar nüfuzuna zərər vurmağa çalışırlar. Artıq neçənci dəfədir ki, bu cür mətbu orqanlar tanınmış şirkətin – “Mətanət A”-nın adını gündəmdə olan hadisələrlə bağlamaqla əlavə qazanc əldə etmək istəyirlər. “Mətanət A” şirkəti son 10 ildə bu cür mətbu orqanlarda bir neçə dəfə  haqsız qarayaxma xəbərləri ilə üzləşsə də, heç vaxt onlara belə xəbərlərdən qacanc əldə etməyə şərait yaratmamışdır. Nəticədə onlar bu cür qarayaxma fəaliyyətlərini davam etdirirlər və hər dəfə də “Mətanət A” şirkətini gündəmdə olan bir hadisə ilə bağlamağa çalışırlar. Bu cür əsassız məlumatlarla ictimayyətin yanlış yönləndirilməsi yolverilməzdir, qanunvericiliyə ziddir və bununla bağlı artıq “Mətanət A” şirkəti tərəfindən lazımi hüquqi tədbirlər həyata keçirilir. Bu mətbu orqanlar saxta reytinq toplamaq, şantaj yolu ilə qazanc əldə etmək məqsədilə ölkəmizin tanınmış şirkəti haqqında əsassız məlumatlar yaymaqdansa, ölkəmizin inkişafına xidmet etsələr daha yaxşı olar. Onlara bu cür xəbərləri sifariş verənlər də “Mətanət A” şirkətinə məlumdur və onlar da bu fəaliyyətləri ilə məsuliyyət daşıyırlar, eyni zamanda dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etmirlər.

Möhtərəm Prezident cənab İlham Əliyev ölkəmizdə mətbuat azadlığı üçün bütün lazımi şəraiti yaradıb. Bu gün Respublikamızda mətbuat tam azaddır. Təəssüf ki, bu azadlıqdan öz çirkin məqsədləri üçün istifadə edən mətbu orqanlar da mövcuddur və əsassız məlumatlarla şəxslərin və şirkətlərin nüfuzuna ziyan vururlar.        

Onu da qeyd edək ki, 2000-ci ildə əsası qoyulmuş “Mətanət A” şirkəti ölkəmizdə və onun hüdudlarından kənarda yüksək texnologiyalara və innovasiyalara əsaslanan müasir inşaat materiallarının istehsalı ilə məşğuldur. 17 ilə yaxındır ki, şirkət istehlakçıları yüksək keyfiyyətli inşaat məhsullarla ilə təmin edir və təkcə Azərbaycanda deyil, regionun bir çox ölkələrində də milli Azərbaycan brendinin tanınmasına nail olmuş, öz fəaliyyəti ilə ölkəmizin beynəlxalq biznes məkanında iqtisadi reputasiyasının yüksəlməsinə çalışmışmışdır. Hal-hazırda şirkət 1000-dən artıq məhsul çeşidinə malikdir və şirkətdə 800-ə yaxın işçi çalışır. Şirkət fəaliyyətində həmişə Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutmuş və məqsədyönlü fəaliyyətləri ilə ölkə iqtisadiyyatının inkişafına tövhələr verməkdədir. Möhtərəm Prezident İlham Əliyevin yeni iqtisadi çağırışlara uyğun həyata keçirtiyi iqtisadi islahatlara dəstək məqsədilə “Mətanət A” şirkəti ölkəmizdə iri həcmli yeni istehsal sahələrinin yaradılmasını üzərinə götürmüşdür və yaxın zamanlarda bu yeni layihələr reallaşacaq, yeni iş yerləri açılacaq.    

0
26