“Gallup”: Azərbaycanlılar Ermənistanı ən böyük təhlükə hesab edirlər

“Gallup”: Azərbaycanlılar Ermənistanı ən böyük təhlükə hesab edirlər

Ukrayna sakinlərinin 52%-i Rusiyanı 1 nömrəli təhlükə hesab edir.

Amerikanın “Gallup” sosioloji xidmətinin apardığı sorğunun nəticələrinə görə, sorğuda iştirak edən Azərbaycan sakinlərinin 64%-i ölkənin təhlükəsizliyi üçün əsas təhdid olaraq Ermənistanı görür. 

Oxu.Az xəbər verir ki, 2015-ci ilin yayında 1000 Azərbaycan vətəndaşı arasında aparılan sorğunun nəticələrinə əsaslanan məlumatlar aprelin 4-də dərc edilib. 

Bununla yanaşı, Ermənistanda sorğuda iştirak edənlərin 60%-i öz növbəsində Azərbaycanı bir nömrəli təhdid hesab edir. 

Ermənistan və Azərbaycan arasında qarşılıqlı düşmənçilik səviyyəsi Şərqi Avropada yalnız Kosovo albanları ilə müqayisə edilə bilər. Belə ki, onların 64%-i Serbiyanı ən böyük təhdid olaraq görürlər. Bununla yanaşı, eyni sayda rusiyalı bir nömərli təhdid kimi ABŞ-ı nəzərdə tuturlar. 

Ukrayna sakinlərinin 52%-i, Gürcüstanın 48%-i və Moldovanın 16%-i Rusiyanı təhlükəsizlik üçün əsas təhdid hesab edirlər. Sorğuda iştirak edən rusiyalıların 64%-i, belarusların 44%-i, qazaxların 36%-i və qırğızların 33%-i ABŞ-ı milli təhlükəsizlikləri üçün əsas təhdid hesab edirlər. 

0
13