Rio-2016: Kamran Şahsuvarlı finalın bir addımlığında

Rio-2016: Kamran Şahsuvarlı finalın bir addımlığında

Bu gün Rio Olimpiadasında boks yarışları davam edəcək. Apasport.az saytının məlumatına görə, yığma komandamızın üzvü Kamran Şahsuvarlı yarımfinal mərhələsində mübarizə aparacaq.

75 kq çəki dərəcəsində çıxış edən boksçumuz finalın bir addımlığındadı. İlk 2 döyüşündə Zao Minqqanqla (Çin) Artyom Çebotaryovu (Rusiya) mübarizədən kənarlaşdıran 26 yaşlı dəri əlcək ustamız 1/4 final çərçivəsində qazaxıstanlı Janıbek Alimxanuli ilə üz-üzə gəlib. Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançımız yarımfinala yüksəlməklə həm özü üçün minimum bürünc medalı təmin edib.

Növbəti hədəf isə daha yüksək əyarlı medaldı. Bunun üçün kubalı Arlen Lopezi mübarizədən kənarlaşdırmaq lazımdı.

23 yaşlı təmsilçimizin görüşü Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, boks yığmamızın daha bir üzvü Lorenzo Sotomayor (64 kq) da yarımfinala vəsiqə qazanıb və çempionluq şansı davam edir.

0
12