Zeynal Nağdəliyev: Referendumda nöqsanlara yol verilməməlidir

Zeynal Nağdəliyev: Referendumda nöqsanlara yol verilməməlidir

“10-15 il əvvəl beynəlxalq təşkilatlar bizi tənqid edirdilər, suallar verirdilər, amma artıq bu problemlər aradan qalxıb”.

“Azərbaycanı 10 il əvvəllə müqayisə etsək, görərik ki, ölkə xeyli inkişaf edib”.

Oxu.Az Report–a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Bakıda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, 10-15 il əvvəl beynəlxalq təşkilatlar bizi tənqid edirdilər, suallar verirdilər, amma artıq bu problemlər aradan qalxıb.

Müşavirdə “Referendumun hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda çıxış edən Z.Nağdəliyev qeyd edib ki, Azərbaycanda təkmilləşmiş seçki qanunvericiliyi var:

“Biz bunu qorumalıyıq. Nöqsanlara yol verilməməlidir. Çünki bu nöqsanlardan “maraqlı tərəflər” istifadə edə bilər. Azərbaycanda siyasi sabitlik var. Borcumuz ondan ibarətdir ki, yaradılmış şəraitə töhfə verək, xələl gətirməyək. Prezident İlham Əliyev bizim hər birimizə tapşırıb ki, seçkilər, səsvermə qanun çərçivəsində keçirilsin”.

Z.Nağdəliyev vurğulayıb ki, seçici siyahıları tam dəqiqləşdirilməlidir:

“Dövlət orqanları bu işdə birgə fəaliyyət göstərməlidir. Kimsə vəzifəsini layiqincə yerinə yetirməsə, biz ona təsir göstərəcəyik ki, işini başa çatdırsın. Təşviqat kampaniyasında lövhələr də nəzərdən keçiriləcək, nəsə çatışmazlıq olarsa, aradan qaldırılacaq. Ümumilikdə, seçki məntəqələrində 1000 veb-kamera quraşdırılacaq. Açıq deyirəm, əvvəllər veb-kameralarla bağlı şübhələr vardısa, indi hamısı aradan qaldırılıb”.

0
12