Arvadını ayaqyolunda basdıran qatilin etirafı – VİDEO

Arvadını ayaqyolunda basdıran qatilin etirafı – VİDEO

Əgər Yasəmən susa bilsəydi, indi sağ olardı.

Oxu.Az xəbər verir ki, bu barədə arvadını vəhşicəsinə qətlə yetirən Mərdəkan qəsəbə sakini Həsənov Altay Eldar oğlu Sputnik-ə verdiyi müsahibəsində bəyan edib.

Xatırladaq ki, avqustun 16-da Xəzər Rayon Polis İdarəsində Altay Həsənovun törətdiyi ağır cinayətin üstü açılıb.

Ayaqyolu çalasından Sabirabad rayon sakini, 1978-ci il təvəllüdlü Yasəmən İsrafil qızı Novruzovanın cəsədi çıxarılıb. Hamiləliyin 16-cı həftəsində olan qadın əri tərəfindən plastik boru ilə döyülüb.

Bununla yanaşı Həsənov, törətdiyi əmələ heç cür bəraət qazandırmağın mümkün olmadığını da bəyan edib.

“Mən dəhşətli cinayət törətmişəm, bunun bəraəti yoxdur. Mən onu öldürməməli idim. O, ölümə layiq deyildi. Mənə vəkil xidmətindən istifadə edə biləcəyimi dedilər, etiraz etdim, çünki əməllərimdə mənə bəraət qazandıracaq heç nə yoxdur”.

Saxlanılan şəxsin sözlərinə görə, hər şey onların çimərliyə getdiyi gün baş verib. Onlar çimərlikdən qayıtdıqdan sonra qadına əmisi oğlu zəng edib. Onunla söhbət zamanı Novruzova:

“Bu gün dənizə getmişdik, orada “fıstıqlar” dolu idi”. Bu söz Həsənovun xoşuna gəlməyib, onun sözlərinə görə, bu söz həbsxana leksikonunda çox təhqiramiz sözdür.

“O, əmisi oğlu ilə danışdı və hətta mən də qoşuldum bu söhbətə. Amma söhbətdən sonra mən arvadıma o sözü işlətdiyinə görə irad tutdum. Cavab olaraq qıraq adamla deyil, əmisi oğlu ilə danışdığını bildirdi. Bunun əsasında münaqişə başladı. Mən isə əsəbi insanam, ona görə də özümü saxlaya bilmədim və plastik boruya əl atdım”, - Həsənov deyib.

Həsənov qeyd edib ki, arvadını öldürmək istəmirdi. Döyüldükdən sonra Novruzova hələ nəfəs alırdı, amma o, təcili yardım çağırmağa tələsməyib, dediyinə görə qorxub. Çünki o, həkimlərdən sonra polisin gələcəyini bilirdi.

Daha sonra Həsənov arvadının meyitini ayaqyolu çalasına atıb.

Sonradan nə baş verdiyini bilirsiniz. Polisə müraciət edən kişi bacısı Novruzova Yasəməndən bir gündür ki, heç bir xəbər olmadığını bildirib.

Xatırladaq ki, Həsənov daha öncə AR Cinayət Məcəlləsinin 177-ci (qarət), 343-cü (fahişəliyə cəlb etmə) və 333 (hərbi hissəni icazəsiz tərk etmək) maddələri üzrə məhkum edilib. Qətl hadisəsi üzrə cinayət işi açılıb. İstintaqı rayon prokurorluğu aparır.

0
12